Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib.Bu barədə
Onews.az-a qurumdan bildirilib.
Məlumata görə, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin 28 Fevral 2024-cü il tarixli Qurultay qərarı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və qeydiyyat sənədləri 18 Aprel 2024-cü il tarixində İctimai Birliyə təqdim edilib.
Qurultay qərarına əsasən İctimai Birliyin idarəetmə orqanı olan idarə heyətinin yeni say tərkibi formalaşdırılıb.
Eyni zamanda, növbəti iki il müddətinə seçilən üzvlərin adları bəlli olub.
İdarə heyətinə Murad Ağalarov (sədr), Şamxal Həşimov (sədrin müavini), Rafiq Mütəllimov, Nardanə Yusifova, Könül Nəhmətova, Reyhan Mənəfova və Taleh Şahməmmədov üzv seçiliblər.
Elgiz