Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri keçirilib. Yarışın üçüncü günündə daha beş çəki dərəcəsində yarımfinalçılar bəlli olub.
Onews.az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 20 döyüşün yekununa əsasən, ən azı bürünc medalı təmin edən 20 boksçunun adı dəqiqləşib. Onlardan 11-i Azərbaycan millisinin idmançılarıdır.
Boks Mərkəzində keçirilən ənənəvi turnirin dördüncü günündə 16 görüş keçiriləcək.