İctimaiyyət arasında tanınan, çoxlu sayda dostu, tanışı olan, hər kəslə dil tapmağı bacaran xanımlar daha uzunömürlü olurlar.
Onews.az-ın xəbərinə görə, bu barədə Amerika Alimlər Assosasiyasının illik dərgisində yayımlanan araşdırma məqaləsində bildirilir.
Sən demə, belə münasibət və ya mütəxəssislərin adlandırdığı kimi, sağlam sosial əlaqələr xanımların ömrünü nə az, nə çox - az qala 2 dəfə uzadır.
Alimlər müəyyənləşdiriblər ki, çoxlu sayda insanla ünsiyyətdə olan qadınlar sağlamlıqlarının qeydinə daha çox qalmağa, özünə fikir verirlər.
Fuad