Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.
Onews.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Vurğulanıb ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyublar, yəni hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini qeyd ediblər.
“Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar”, - deyə məlumatda bildirilir.
Rauf