Ötən gecə İran xüsusi xidmət orqanları Güney Azərbaycanın Təbriz şəhərində əməliyyat keçirib.
Bu barədə
Onews.az-a Güney Azərbaycandan olan milli fəallar məlumat veriblər.
Verilən məlumata görə, İran xüsusi xidmət orqanlarının əməkdaşları Təbrizdə daha 4 milli fəalın qollarını qandallayıblar.
Həbs olunan fəallar Əli Əsgər Rzazadə, Araz Mehdipur, Mirhüseyn Qulami və Məhəmmədhüseyn Əlikərraridir.
Onların evlərindən hansı istiqamətdə aparıldığı haqqında məlumat yoxdur.
Məlumata görə, saxlanılan şəxslərin üçü Təbrizin "Traktor" klubunun qatı azarkeşlərindəndir.
Turan