Bu ilin avqust ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu barədə
Onews.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Verilən məlumata görə, növbədənkənar parlament seçkiləri avqustun ikinci ongünlüyündə keçirilə bilər.
Bunun üçün iyun ayından başlayaraq dairə və məntəqə seçki komissiyaları növbədənkənar seçkilərə hazırlaşmaları üçün göstəriş alıblar.
Mənbəmizin verdiyi məlumata görə, növbədənkənar seçkilərin rəsmən elan olunması da iyun ayına təsadüf edəcək.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri də keçiriləcək.
Elgiz