Gəncədə yanğın hadisəsi baş verib.
Onews.az-ın məlumatına görə, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.