Bu gündən başlayaraq Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində mühafizəsini rəsmən öz üzərinə götürür.
Onews.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Məlumata görə, burada söhbət Berkaber kəndi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis kəndlərində 4,9 kilometr ərazidən gedir.
Bildirilir ki, dövlət sərhədinin Kirants istiqamətindəki 5,8 kilometrlik hissəsində sərhədin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək: “Eyni məntiqə uyğun olaraq, mayın 24-dən Azərbaycanla sərhədin qeyd olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək”.
Fuad