Bir neçə dəqiqə sonra İspaniya La Liqasında növbəti “El-Klasiko” baş tutacaq.
Onews.az xəbər verir ki, “Real” 32-ci turda “Santyaqo Bernabeu” stadionunda “Barselona” ilə üz-üzə gələcək.
Əzəli rəqiblərin dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Sezar Soto idarə edəcək.
Hazırda La Liqanın turnir cədvəlinə 78 xalla “Real” liderlik edir. “Barselona” isə 70 xalla ikinci pillədə yer alır.
Bu komandalar arasında İspaniya Superkuboku çərçivəsində keçirilən son oyunda Madrid təmsilçisi 4:1 hesablı qalib gəlib.
Türkay