“İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş Qızıl Yubiley tədbirində Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli əməkdaşlıq formatında qurulmuş yüksəksəviyyəli tərəfdaşlığından məmnunluq ifadə olundu”.
Onews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşıb.
O bu əlamətdar tarix münasibətilə İslam İnkişaf Bankının heyətinə səmimi təbriklərimizi çatdırıb.
“Qurumun işinə uğurlar arzulayır və müştərək təşəbbüslərin yeni məzmunlarla zənginləşəcəyindən əmin olduğumuzu bildiririk”, - deyə nazir qeyd edib.
Fuad