Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.
Onews.az-ın məlumatına görə, hadisə rayonun Həsənabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili “KAMaz” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan rayon sakini, 1994-cü il təvəllüdlü Aqşin Namiq oğlu Əzizov və onun həyat yoldaşı, 2002-ci il təvəllüdlü Günel Aydın qızı Əzizova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
(Report.az)