"Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfəri Türk Birliyinin gələcəyi baxımından tarixi hadisədir. Bu səfər Bakı ilə Bişkek arasındakı qardaşlıq münasibətlərini yeni mərhələyə daşıyacaq". Bunu
Onews.az-a açıqlamasında siyasi şərhçi
Tural Turan deyib.
Ekspertin sözlərinə görə, əgər Azərbaycan Türk Birliyinin açar ölkəsidirsə, Qırğızıstan bu açarın kilididir:
"İmzalanan sazişlərin, aparılan danışıqların ümumi məğzi onu göstərir ki, biz Azərbaycanın donorluq etdiyi, töhfə verdiyi beynəlxalq layihələrdə Qırğızıstanı tez-tez görəcəyik. Bakıda Qırğızıstan Mədəniyyət Günlərinin keçirilməsi, böyük qırğız yazıçısı Çingiz Aytmatovun paytaxtımızda heykəlinin ucaldılması bu səfərin yol xəritəsini müəyyənləşdirməyə imkan verir. İlk olaraq hər iki ölkə rəhbərləri mədəniyyət və təhlükəsizlik məsələlərində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Üstəlik, iki ölkə arasındakı əlaqələrin bundan sonrakı mərhələlərində qardaşlıq bağları, tarixi köklər, mədəni əlaqələr müstəvisində yeni inkişaf boyutunu görəcəyik. Eyni zamanda, iqtisadi əlaqələrin inkişafı ön planda olacaq".
Fuad Süleyman