"İran-Ermənistan-Hindistan üçlüyü Türk Birliyinə qarşı yeni ittifaq yaratmaq niyyətindədir. Bu ittifaqın adı isə Ariana üçbucağıdır".
Bunu
Onews.az-a açıqlamasında siyasi şərhçi
Tural Turan deyib.
Ekspertin sözlərinə görə, İran və Ermənistan yeni dünya düzənində Türk Birliyinin özünəxas yeri, çəkisi mövqeyi olacağını yaxşı başa düşür:
"Söhbət 300 milyonluq xalqın vahid ideoloji xətdə birləşməsindən gedir. Tehran və İrəvan isə Türk Birliyini özünə ən böyük təhdid kimi görməkdədir. Bu üçlük yaxşı başa düşür ki, Türk Dünyasının açarı məhz Azərbaycandır. Buna görə də İrəvan-Tehran-Delhi üçbucağı Azərbaycana qarşı kəskin mövqedə dayanır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsini hər vəchlə ləngitmək istəyirlər. Dehli və Tehran öz maraqları naminə İrəvanı "qurbanlıq xoruz" olaraq ortaya salıblar. Ona pulsuz və güzəştli kreditlərə söykənən silah yardımı edirlər".
Tural Turanın yanaşmasına görə, İrəvandakı hakimiyyət anlamır ki, İran və Hindistan onları öz məqsədləri üçün istifadə edir, erməniləri növbəti fəlakətə sürükləyirlər:
"Fikrimcə, Ermənistan ağır fəlakətlərlə üzləşmədən Tehran və Delhinin bu mənfur planlarından yayınmağı bacaracaq. Əks halda, Azərbaycan Ermənistanın hər hansı bir irimiqyaslı təxribatına səssiz qalmayacaq. İranın ideya müəllifi olduğu "Ariana üçbucağı" isə çox keçmədən süquta uğrayacaq. Çünki bu cür ittifaqlar dostluq və qardaşlıq üzərində deyil, süni şəkildə, mənfur məfkurələr üzərində formalaşdırılır".
Rauf Süleymanov