Qardaş ölkə Qırğızıstanın prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Onews.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyevlə arasında ikitərəfli danışıqların aparılması nəzərdə tutulub.
Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığa dair cari məsələlər, gələcək inkişaf perspektivləri və səmərəli qarşılıqlı fəaliyyət müzakirə ediləcək.
Bundan əlavə, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də planlaşdırılır.
Özgür Bəy