Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışladığını yazıb.
Onews.aza[/b] xəbər verir ki, nazir bu haqda özünün “X” sosial şəbəkəsində bu barədə vurğulayıb.
“Mən Azərbaycan və Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə etməsini təqdir edirəm. Onların diplomatiyası ilə ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atılmaqdadır”,- deyə nazir bildirib.