"Gürcüstan İran prezidentinin, xarici işlər nazirinin və digər dövlət rəsmilərinin vəfatı ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir".
Onews.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində qeyd edib.
O bildirib ki, gürcü xalqının düşüncələri indi İran xalqının yanındadır.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədinə yaxın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İranda faciə ilə əlaqədar milli matəm elan edilib.
Elgiz