Bu ölkə üç Baltikyanı dövlətdən biridir.Baltikyanı ölkələrin əhalisinə və ərazisinə görə ən böyüyüdür. Məmləkətin insanları təbiəti qorumağı özlərinə borc bilirlər. Ona görə də başdan-başa yaşıllıqlara bürünmüş bir diyardır. Amma ilin 8-9 ayı bu ölkə buludlu, dumanlı olur. Günəşin ən az doğduğu ölkələrdəndir.Onews.az-ın əməkdaşı yazır ki, söhbət Baltik dənizinin qoynuna sərilmiş Litvadan gedir. Litva 1990-cı ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edir. 2004-cü ildə isə Avropa Birliyinin üzvü olur. Avropanın şimali-şərqində yerləşən dövlətin paytaxtı Vilnüsdür.
Litvalıların əcdadları eradan əvvəl 2000 il öncə buralara ayaq basıblar. Onların əcdadları baltiklər idi.
Elə baltik dənizi də öz adını bu tayfadan götürür. 12-ci əsrdən sonra Litva qəbilələri inkişaf yoluna ayaq basırlar.
Qədim litvalılar paqinzmə inanırdılar. Daha sonra xristianlığı qəbul etdilər. Avropanın ən geniş torpaqlarına sahib olan dövlətə çevrildilər. Baltik-litva tayfalarının bu hegemonluğu 200 ilə yaxın bir müddətdə davam edir.
Təbii ki, bu polşalılarla müttəfiqlikdən sonra baş vermişdi. Modern Litva Respublikası 1918-ci ildə müstəqilliyini bəyan edir. Amma bu çox uzun çəkmir və yenidən Rusiyanın işğalı altına düşür. Ölkənin sinəsindən 2500-dən çox çay axır. 800-dən artıq şirinsulu gölə sahibdir.
Günəşi az görməsinə görə litvalılar pulsuz “D” vitamini ilə təmin olunurlar. Hətta may-iyun aylarında burada qar yağmasını görmək mümkündür. Bu ölkəni basketbolun ana vətəni adlandırırlar.
Basketbol üzrə Litva yığması dünyada ilk sıralarda qərarlaşıb. Mətbəxləri isə olduqca kasaddır. Ancaq dəniz məhsullarından ibarət yemək menyuları mövcuddur. Litvalılar donuz ətini də çox sevirlər.
Özgür Bəy