Pauerliftinq üzrə dünya çempionu və İnquşetiyadan olan polis serjantı Rüstəm Kukurxoyev yeddi milyon rubl olan çanta aşkar edib və onun sahiblərinin izinə düşüb, onların Qroznıdan olduqları üzə çıxıb.
Onews.az xəbər verir ki, Rüstəm yaxınları ilə birlikdə Nazrandan Sunjaya gedirmiş, onlar toy üçün alış-verişə çıxıbmışlar. Qadınlar bazarlıqla məşğul olarkən Kukurxoyev Mərkəzi Məscidə girib və yolda içində pul olan çanta tapıb.
Həmin şəxs tapıntı barədə sosial şəbəkələrdə paylaşım edib. Məlum olub ki, pul bir uşağın müalicəsi üçün nəzərdə tutulub və məsciddə dayanacaqda qalıb.
Ev sahibləri taksi ilə Qroznıya qayıdırmışlar.
Fuad