Tarixə amansız cəllad kimi düşən SSRİ rəhbəri İosif Stalinin savadını qiymətləndirmək üçün onun oxuduğu və öyrəndiyi kitabların sayına baxmaq kifayətdir.
Əlbəttə ki, kitabların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil. O kitab kolleksioneri deyildi- onları yığmırdı.
Onun kitabxanasında yalnız gələcəkdə istifadə edəcəyini düşündüyü kitablar qalırdı.
Onews.az-ın araşdırmasına görə, onun Kremldəki mənzilində formalaşdırılan kitabxanada bir neçə min cild kitab sayılıb. Lakin 1941-ci ildə kitabxana köçürülüb.
Ona görə də əslində kitabxanada neçə min kitab olduğu dəqiq bilinmir.
Sonralar kitabxana bərpa edilməyib. Sonralar onun kitabları adətən bağ evlərinə səpələnmişdi.
Blijni bağ evində təxminən 20 min cild kitab toplanıb.
Adətən Stalin gündə 300 səhifə bədii kitab oxuyurdu.
Onun təhsilinin diapazonunu aşağıdakı məlumatlara əsasən də müəyyənləşdirmək olar: ölümündən sonra Blijni bağ evindəki kitablar Markisizm-leninizm İnstitutuna verilib.
Düz 5.5 min kitab! Lüğətlərdən və coğrafiyaya aid kitablardan başqa, siyahıda qədim və müasir tarixçilərin əsərləri də olub.
Məsələn, Herodot, Ksenofot, P.Vinoqradov, R.Vinner, İ.Velyaminov, D.İlovayskov, K.A.İvanov, Herero, N.Karayev, "Rusiya Dövlət tarixi" kitabının 12 cildi və "Rusiya qədim dünya tarixi" kitabının altı cildliyi...
Siyahıda həmçinin "Rusiya ordusu və donanması tarixi" kitabının beş cildi, "Knyaz Bismarkın memuarları" kimi digər kitablar da olub.
O, həmişə mütaliə və özünü tədrislə məşğul olub.
Məsələn, 1931-ci ildə Qafqazda müalicə alarkən Nadejda Aliluevaya yazdığı məktubda səhhəti barədə məlumat verməyi unudub, ondan elektrotexnika və qara metallurgiya barədə dərslik göndərməsini xahiş edib.
SSR-nin bütün şəhərlərində Stalin dövründən parklar qalıb.
Onlar əvvəlcə insanların kütləvi istirahəti üçün nəzərdə tutulmuşdu.
Onlarda mütləq oxu və oyun zalları və yay teatrları olmalı idi.
Banu