Avqust ayında Həştərxanda Xəzər Media Forumu keçiriləcək.
Onews.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin mədəniyyət naziri Olqa Prokofyeva Tatarıstan Respublikasında keçirilən “Rusiya – İslam dünyası: KazanForum” mövzusundakı forumda bildirib.
O dəqiqləşdirib ki, Forumun davamı “Xəzər mövsümləri” mədəniyyət festivalı olacaq. Festival çərçivəsində tərkibində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan musiqiçilər olan Xəzəryanı dövlətlərin birləşdirilmiş simfonik orkestri çıxış edəcək.