Şimali Kipr Türk Respublikasında (ŞKTC) Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən “Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi” açılıb.
Onews.az-ın verdiyi xəbərə görə, açılış mərasimində ŞKTC-nın Prezidenti Ersin Tatar, Parlament sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Azərbaycan-ŞKTC və Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədrləri, deputatlar və digər qonaqlar iştirak edib.
Bundan əlavə, mərasim çərçivəsində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin büstü ilə “Azərbaycan qəlbimizdə” fotosərgisinin açılışı da olub.
Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzində ziyarətçiləri üçün ölkənin mədəniyyət və incəsənət imkan və zənginlikləri təqdim olunacaq.