1964-cü ilin avqustunda ABŞ Şimali Vyetnamda ilk irimiqyaslı əməliyyata başlayır. Bu, Birləşmiş Ştatların Vyetnama qarşı ilk hava əməliyyatıdır.
Əməliyyat Şimali Vyetnam torpedo katerlərinin addımlarına cava idi. Daha doğrusu, onların Tonkin körfəzində Amerika gəmilərinə hücum etdiyi iddiasına cavab sayıla bilərdi.
Onews.az-ın araşdırmasına görə, söhbət “Deşici ox əməliyyatı”ndan gedir.
Bu əməliyyat sonradan SSRİ hərbi hava qüvvələri məktəblərinin dərsliklərinə də salınır. Əməliyyat ABŞ Prezidenti Lindon Consonun şəxsi göstərişi əsasında həyata keçirilir. İlk reyd 5 avqust 1964-cü ildə baş tutur.
Reyd ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 2 təyyarədaşıyan ilə gerçəkləşir. Hədəflər Şimali Vyetnam katerlərinin işlədiyi bir neçə dəniz bazası idi. Həmçinin Vində yerləşən neft anbarı hədəfə alınmışdı.
Birinci həmlədə ölkənin ən böyük hərbi neft anbarı dağıdılır.
Bundan sonra Şimali Vyetnam Hərbi Dəniz Qüvvələrinin katerlər üçün yanacaqla bağlı problem yaşayacağı güman edilirdi.
Amerika məlumatlarına görə, əməliyyat zamanı Vyetnamın 64 döyüş təyyarəsi sıradan çıxarılır. 2 yük təyyarəsi isə istifadəolunmaz hala düşür. ABŞ-ın bir pilotu isə öldürülür.
Başqa bir pilot – Everett Alvares isə vyetnamlılara əsir düşür. Basqının nəticələri Amerika komandanlığı tərəfindən uğurlu hesab olunur. Vində mövcud olan neft ehtiyatlarının 90%-ə qədəri məhv edilir.
Fuad Süleyman