Şərqi Azərbaycan əyalətinə yeni vali təyin edilib
Onews.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Keçmiş vali Malik Rəhmətinin mayın 19-da helikopter qəzasından ölməsindən sonra Turab Məhəmmədi əyalət valisi vəzifəsinə seçilib.
Bununla bağlı qərar bu gün daxili işlər naziri Əhməd Vəhidinin Təbrizdə keçirdiyi iclasda verilib.
Qeyd edək ki, yeni vali Turab Məhəmmədi bundan öncə keçmiş vali Malik Rəhmətinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
Fuad