Fransa polisi ölkənin 3 vilayətində PKK yaraqlılarına qarşı əməliyyat keçirib.
Onews.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 8 PKK üzvünün qolları qandallanıb.
Saxlanılan şəxslərin Fransa və Belçikada terroru təbliğ etdiyi bildirilir.
Qeyd edək ki, bir müddət öncə Fransaya sığınan PKK terror qruplaşmasının üzvləri tərəfindən terrora açıq çağırışlar edilmişdi.
Rauf