"Fransa, Yunanıstan, Hindistan kimi ölkələr işğalçı Ermənistanı silahlandırmaqla bölgəyə əbədi sülhün gəlməsinə maneə yaradırlar. Regiona əbədi sülhü gətirmək üçün İrəvanı silahlandırmaq əvəzinə, erməniləri barışa təhrik etmək lazımdır".Bunu
Onews.az-a açıqlamasında keçmiş millət vəkili, politoloq
Sona Əliyeva deyib.
Millət vəkili bildirib ki, Fransa, Yunanıstan və Hindistan Ermənistanın gələcəkdə reallaşdıra biləcəyi təxirbatlara görə məsuliyyət daşımalıdır:
"Ölkə başçısı da bu məsələyə öz qiyməti verib. Cənab prezident bildirib ki, hər üç ölkə Ermənistanı nümayişkəranə şəkildə silahlandırır. Fikrimcə, Ermənistanı silahlandıran ölkələr Ermənistanın təxribatçı addımları üçün məsuliyyət daşımalıdır. Sözsüz ki, Azərbaycan özünə qarşı hər hansı təhdid hiss edərsə, onun qarşısını dərhal alacaq. Ermənistan bir dəfə Azərbaycan Ordusunun dəmir yumruğunun dadını hiss edib. Hesab edirəm ki, İrəvan və onun havadarları yaxşı-yaxşı düşünməlidirlər. Ermənistan kimi terroru dövlət siyasətinə alət etməkdə mahir olan bir ölkəni silahlandırmaq təkcə Azərbaycan üçün yox, eləcə də bütün region üçün böyük təhdiddir".
Fuad Süleyman