"Hazırda Ermənistanın işğalı altında 4 kəndimiz qalır. Həmin kəndlər anklav olduğu üçün onların gələcək taleyi Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə məşğul olan komissiya tərəfindən razılaşdırıla bilər".Bunu
Onews.az-a açıqlamasında keçmiş millət vəkili, politoloq
Sona Əliyeva deyib.
Politoloqun fikrincə, bu vaxta qədər əldə olunan bütün razılaşmalar Azərbaycanın milli maraqlarına tam şəkildə cavab verib:
"Düşünürəm ki, digər dörd kəndin taleyi də bizim istədiyimiz kimi olacaq. Hətta danışıqlar prosesində müəyyən ərazi mübadilələri də mümkündür. Bu proses iki ölkə arasında sülh sazişindən sonra da aparıla bilər. Çünki delimitasiya çox uzunmüddətli prosesdir. Fikrimcə, yaxın gələcəkdə işğal altındakı digər kəndlərimiz də Azərbaycanın nəzarətinə qaytarılacaq. Əsas məsələ bölgəyə əbədi sülhün gəlməsidir, digər nüanslar texniki proseslərin tərkib hissəsidir".
Rauf