İranda hökumət qurumlarının rəhbərləri ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarixi müəyyən ediblər.
Onews.az xəbər verir ki, seçkilər iyunun 28-i keçirləcək.
Məlumata görə, namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək, seçki kampaniyası isə iyunun 12-dən 27-dək davam edəcək.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədinə yaxın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İranda faciə ilə əlaqədar milli matəm elan edilib.
Turan