Bu ölkəyə getmək üçün sizlərdən viza istəməyəcəklər. Çünki Azərbaycanla sadələşdirilmiş viza rejimi mövcuddur. 400 ildən artıq Osmanlı dövlətinin bir əyaləti olub.
Buranı gəzdikcə hər nöqtədə türk mədəniyyətinin və memarlığının izlərini görəcəksiniz. Haqqında bəhs etdiyimiz ölkə Avropanın ən qonaqsevər ölkəsi sayılır.
Onews.az-ın əməkdaşına inansaq, söhbət “qoca qitənin” ən gənc ölkəsi Serbiyadan gedir.
Ölkənin indiki sərhədləri 2006-cı ildə müəyyənləşir. Həmin vaxt Montoneqro Serbiyadan ayrılır. O zamandan bu yana Serbiya indiki sərhədlərində mövcudluğunu davam etdirir.
Paytaxtı Avropada “ağ poladlar şəhəri” kimi tanınan Belqraddır. Başkəndin döyünən ürəyi isə Azadlıq meydanıdır. Serblər cinsi azlıqlardan nifrət edirlər.
Hətta onlarla ünsiyyət də qurmurlar. “Müharibə” kəlməsini isə ümumiyyətlə sevmirlər. Çünki 1992-96-cı illər müharibəsi onların yaddaşında dərin izlər buraxıb.
Onlar qonağın evə əliboş gəlməsini də özlərinə sayğısızlıq kimi qəbul edirlər. Əgər serb dostunuzun evinə gedəcəksinizsə, mütləq əliniz dolu olmalıdır. Belqradda gecə həyatı daha əyləncəlidir.
Gecələr siz serb qadınlarının çılğınlıqlarına şahid ola bilərsiniz. İnsanlar küçələrdə və klublarda əylənmək üçün günəşin batmasını gözləyirlər.
Bu ölkədə pivə və şərablar çox ucuzdur. Bir bakal pivə cəmi bir avrodur. Ən bahalı içkilər isə 3-5 avro arasında dəyişir. Balkanların ən gözəl qadınlarının məhz serblər olduğu deyilir.
Gecə klublarında siz tanış olmaq üçün birbaşa serb qızlarının masalarına yaxınlaşa bilərsiniz. Onlar bunu gözəlliklərinə hörmət əlaməti kimi qəbul edəcəklər. Amma gecə klublarının olduğu küçələrdə oğurluqların sayı da pik həddədir.
Serbiya polad, dəmir və kömür istehsalına görə Avropada ön sıralardadır. Qırmızı moruq istehsalında isə birincidirlər.
Bu ölkədə 3000-4000 avroya avtomobil almaq mümkündür.
Mətbəxləri isə türk mətbəxinə çox yaxındır. Serb mətbəxində Osmanlı izlərini aydın şəkildə görə biləcəksiniz. Bura həm də sellər və daşqınlar ölkəsi kimi tanınır.
Bu səbəbdən əkinçilik və kənd təsərrüfatı bir o qədər də inkişaf etməyib.
Rauf