"Güclü və inkişaf etmiş müdafiə sənayesi kompleksi Türkiyənin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində mühüm amillərdən biridir və ölkənin beynəlxalq arenada strateji çəkisini artırır".
Onews.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada “ASELSAN” şirkətinin istehsalı olan radar erkən xəbərdarlıq sisteminin Türkiyə Silahlı Qüvvələrinə (SQ) təhvil verilməsi mərasimində bildirib.
“Çoxsaylı uğurlu layihələr sayəsində yerli şirkətlər Türkiyənin müdafiə məhsullarının idxalından asılılığını minimuma endirməklə yanaşı, böyük ixrac tədarükü də yarada biliblər. Müdafiə məhsullarının istehsalı ölkə üçün həyati vacib məsələdir", - deyə Y.Gülər bildirib.
Fuad