Türkiyə ilə İraq arasında təhlükəsizliyə dair “Müştərək Koordinasiya Mərkəzi” formalaşdırılacaq.
Onews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Mərkəzin təsis edilməsi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa ziyarəti zamanı qərar verilib:
“Təhlükəsizlik, ortaq sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində əməkdaşlığın institusionallaşdırılması və davam etdirilməsini təmin etmək üçün yaradılacaq “Müştərək Koordinasiya Mərkəzi”nin prinsiplərinin müəyyən edilməsi üçün İraq tərəfi ilə danışıqlar davam etdirilir”, - deyə Nazirlikdən vurğulanıb.
Rauf