Azərbaycanın Zəfər Günü ilə əlaqədar paytaxt Tbilisidə məlumatlandırma aksiyası keçirilib.
Onews.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə günorta saatlarından etibarən üzərində "Xarıbülbül", həmçinin Şuşanın, Xənkəndinin fotoları, eləcə də, 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən görüntülərin əks olunduğu LED ekranlı avtomobil şəhərin mərkəzi küçə və prospektlərində hərəkət etməyə başlayıb.
Bundan başqa, Zəfər Günü münasibətilə Tbilisidə Filarmoniya binasının üzərindəki böyük ekranda Azərbaycan bayrağı əks etdirilib.
Qeyd edək ki, aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.
Elgiz