Əslən Gürcüstanın Qardabani bölgəsindən olan riyaziyyatçı alim, professor Əkbər Əliyev vəfat edib.
Onews.az xəbər verir ki, bu barədə mərhumun yaxınları mətbuata məlumat veriblər.
Bildirilib ki, alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri vəzifəsində çalışıb.
Məlumata əsasən, Əkbər Əliyev uzunsürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Əkbər Əliyev 1950-ci ildə Qardabani bələdiyyəsinin Qaracalar kəndində anadan olub. Onun çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 150-yə çatıb. Ailəlidir, 3 övladı var.
Türkay