2028-ci ildə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyən ölkələrin adına aydınlıq gəlir.
Onews.az-ın Tbilisi bürosu xəbər verir ki, "Çempionlar Liqası"nın finalına ev sahibliyi etmək üçün, Tbilisidə 70 min azarkeş üçün nəzərdə tutulmuş yüksək standartlara cavab verən stadion tikiləcək
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, yeni hava limanının yaxınlığında 2 idman növünə xidmət edəcək yeni standartlara uyğun stadion tikiləcək və Gürcüstan hökuməti 2028-ci il “Çempionlar Liqası”nın finalına ev sahibliyi etmək üçün müraciət edəcək.
Elgiz