• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Füzuli şəhəri günü: 17 oktyabrda otuz illik qaranlıq necə aydınlığa çevrildi?

Gündəm

Bu gün, 14:08
Füzuli şəhəri günü: 17 oktyabrda otuz illik qaranlıq necə aydınlığa çevrildi?

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Füzuli şəhərinin erməni işğalından azad olunmasından altı il keçir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi.
Bundan bir ay sonra, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edilir.
Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır. Keçmiş məcburi köçkünlərin bir qismi artıq Füzuliyə qayıdıblar. Doğma torpaqlarında qürurla yaşayıb-yaradırlar.
Müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib. Müxtəlif rahat yollar, yaraşıqlı parklar salınıb, yaşayış kompleksləri ucaldılıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Füzuli rayonu sakinlərinin bir hissəsi doğma yurd yerlərinə artıq qayıdıblar. Artıq altı ildir ki, Füzulidə Azərbaycanın Üçrəngli Bayrağı dalğalanır. Şəhərdə aparılan böyük quruculuq işləri sayəsində indiyədək 823 ailə, 5 mindən çox sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.
2020-ci ilin 17 oktyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun 62 yaşayış məntəqəsini işğaldan azad etdi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır və eyni zamanda ən strateji əməliyyatlarından biri idi. Düşmənin 30 il ərzində qurduğu çoxmərtəbəli istehkam xətləri qısa müddətdə yarıldı. Füzuli uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun gücünü, müasir döyüş qabiliyyətini və xalqın iradəsini dünyaya nümayiş etdirdi.
Altı il öncəyə nəzər salanda görürük ki, düşmən son mərhələdə silahlarını yerə qoyub qaçmağa məcbur oldu. Hərbi mütəxəssislər etiraf etdilər ki, Füzuli əməliyyatı müasir hərb tarixində nümunəvi planlaşdırılmış və icra edilmiş əməliyyatlardan biridir. Məhz bu qəhrəmanlığa görə 25325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Bu medal Azərbaycan əsgərinin şücaətinə, Ordumuzun peşəkarlığına və dövlətimizin hərbçisinə verdiyi dəyərə dəlalət edir.
Füzulinin azad olunması ilə başlayan Zəfər yürüşü Azərbaycanın bölgədə yeni geosiyasi reallıq yaratmasına imkan verdi. Bu reallığın mərkəzində güclü dövlət, qətiyyətli lider və xalq-ordu birliyi dayanır. Prezident İlham Əliyev bu qələbəni həm siyasi, həm hərbi, həm də mənəvi müstəvidə təmin etdi.
Bu gün Füzuli rayonunda aparılan bərpa və yenidənqurma işləri dövlət başçısının uzaqgörən siyasətinin davamıdır. Prezidentin tapşırığı ilə təsdiqlənmiş “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” bu torpağın gələcəyini müasir şəhərsalma prinsiplərinə uyğun müəyyən edir. Qısa müddətdə “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib. Bu layihələr təkcə Füzulinin deyil, Qarabağın və bütün ölkənin sosial-iqtisadi inkişafını təmin edən strateji infrastruktur sisteminə çevrilib.
2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Füzuli Beynəlxalq Hava Limanının açılışı keçirildi. Cəmi 8 ay ərzində inşa edilən bu nəhəng layihə həm texnoloji gücümüzü, həm də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Bu hava limanı “Qarabağın hava qapısı” adlandırıldı və birgə quruculuğun simvoluna çevrildi.
Bu gün Füzuli dirçəlişin mərkəzindədir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə davamlı səfərləri Füzulidə həyata keçirilən infrastruktur layihələrə dövlət rəhbərliyinin şəxsən nəzarət etdiyini göstərir. Şəhərdə “Ağıllı kənd” layihəsinin təməli qoyulub, yaşayış kompleksləri, məktəblər, bağçalar, idman obyektləri, su və enerji infrastruktur sistemləri inşa edilib. Dövlət başçısı tərəfindən bir-birinin ardınca reallaşdırılan bu layihələr Füzulinin sıfırdan yenidən doğuluş modelini ortaya qoyur.
Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü ilin avqustundan Füzuliyə köç prosesi başlanıb. Artıq 824 ailə 3141 nəfər doğma yurduna qayıdıb, 2026-cı ilin sonuna qədər 22 min insanın burada yaşaması planlaşdırılır. Bu yalnız köç deyil, ədalətin bərpası, milli iradənin təntənəsidir. Qayıdan hər bir ailə dövlətin gücünü və xalqın birliyini simvolizə edir.
Füzulinin dirçəlişində qardaş ölkələrin mənəvi və maddi dəstəyi də mühüm yer tutur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə burada Mirzə Uluqbəy adına müasir məktəb inşa olunub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı iki xalq arasında dostluğun və Türk dünyasının həmrəyliyinin parlaq təzahürüdür. Qırğızıstan, Belarus və Türkmənistan rəhbərlərinin Füzuliyə səfərləri, bu torpağın artıq regional həmrəyliyin və əməkdaşlığın mərkəzinə çevrildiyini göstərir.
Bu gün Füzuli azad, güclü və müasir şəhər kimi Azərbaycan dövlətçiliyinin qüdrətini göstərir. Bu torpaqda ucalan hər bina, açılan hər məktəb, təməli qoyulan hər kənd xalqımızın Zəfər tarixinin canlı davamıdır. Füzuli artıq dağıntının deyil, quruculuğun, inkişafın və vətən sevgisinin şəhəridir. Azərbaycanın qələbə ruhu, xalqın birliyi və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Füzuli dirçəlir, böyüyür və gələcəyə baxır. Bu şəhər Azərbaycanın iradəsinin, ordusunun və xalqının yenilməzliyinin rəmzidir. Füzuli azadlığı ilə, quruculuğu ilə, birliyi və qüruru ilə Azərbaycanın Zəfər dastanının bir səhifəsidir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

7-09-2024, 22:08

Deputat seçicilərinə səsləndi: "Bundan qürur duyuram..."

Siyasət

11-06-2026, 12:39

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Gündəm

1-10-2026, 15:57

Cəbrayılın azadlığı: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Gündəm

30-09-2026, 15:52

3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...

Gündəm

15-10-2026, 16:09

17 Oktyabr – Füzuli şəhəri günü

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 15:01
    Füzuli Şəhəri Günü – Milli iradənin və tarixi qayıdışın təntənəsi
  • Bu gün, 14:58
    Füzuli: Zəfərdən sonra başlayan quruculuq və dirçəliş yol
  • Bu gün, 14:55
    Azərbaycan və Laos arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • Bu gün, 14:53
    Azərbaycan və Laos arasında dostluq münasibətləri: ənənələrdən gələcəyə
  • Bu gün, 14:49
    Azərbaycan-Laos əlaqələrinin inkişafında yeni perspektivlər
  • Bu gün, 14:41
    “Füzuli azadlığı ilə tariximizdə, dirçəlişi ilə gələcəyimizdə yaşayacaq.”
  • Bu gün, 14:22
    Bakı dünyaya yenə qucaq açdı: İndi etimada sədaqətin bəhrəsini görürük
  • Bu gün, 14:11
    Azərbaycan-Laos əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur
  • Bu gün, 14:08
    Füzuli şəhəri günü: 17 oktyabrda otuz illik qaranlıq necə aydınlığa çevrildi?
  • 16-10-2026, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • 16-10-2026, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • 15-10-2026, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • 15-10-2026, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • 15-10-2026, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə