Aprelin 30-da ölkə parlamenti qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı mitinq keçiriləcək.
Onews.az xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları bəyanat yayıb.
Təşkilatçıların bəyanatında deyilir: "Gürcüstan hökuməti aprelin 30-da “Rusiya qanunu”nu ikinci oxunuşda qəbul etməyə hazırlaşır. Müqavimətimizi davam etdiririk, bunun üçün səhər saat 12:00-da və axşam saat 19:00-da parlament qarşısında görüşəcəyik”
Məlumata əsasən, aprelin 30-da saat 18:00-da İliya Dövlət Universiteti və Tbilisi Dövlət Universitetinin tələbələri də birgə yürüş keçirəcəklər.
Elgiz