Rusiya - "Ukrayna" müharibəsinin ilin sonuna kimi yekunlaşacağını ehtimal etmirəm. Müharibənin gedişatında dəyişiklik Amerikada keçiriləcək prezident seçkilərindən sonra olacaq. O vaxta kimi Bayden administrasiyası Ukraynaya yardım edəcək.
Seçkidə Respublikaçılar qalib gəlsə(Tramp) Rəsmi Moskva ilə danışıqlar aparacaq. Demokratların dövründə NATO bir xeyli genişləndi. Yenidən qalib gəlsələr, Ukraynanı dirçəldəcəklər kimi fikirlər absurddur. Demokratlar Ukraynanın üstündən xətt çəkib artıq. Mənim üçün bu müharibənin 3 səbəbi var:
1. NATO-nu genişləndirmək(Rusiyanı işğalçı kimi göstərib dövlətləri təhrik etməklə)
2. Müharibə gəlir deməkdir. Gəlir əldə etmək.
3. Gələcəkdə Çinə zərbə vurmaq. Çinin əsas partnyorunu sıradan çıxarmaqla hərbi cəhətdən Çini yalnız qoymaq yaxşı bir gedişatdır.
Müharibə Ukraynanın ziyanına bitəcək. Belə bir versiya ola bilər ki, Rusiya tutduğu ərazilərdə qalsın geri qalan yerləri NATO nəzarətə götürsün. Yəni Ukraynanın "tikə"lərə ayrılması versiyası da variantlar içərisində olmalıdır.
Elman Vəliyev
Konfliktoloq
Onews.az