Azərbaycan diplomatiyasının qalibiyyəti
Aprelin 19-da Azərbaycan və Ermənistanın dövlət sərhədinin demorkasiyası üzrə kommisiyalarının birgə press-relizinə görə Azərbaycanın 1990-ci ilərdə işğal edilmiş 4 kəndi bizə qaytarılır. Birgə bəyanatdan belə çıxır ki, tərflər artıq sülh bağlamaq yoluna ilk qədəmlərini qoyublar. Buna məhz ölkə diplomatiyasının uğuru da deyə bilərik. Çünki 2-ci Qarabağ müharibəsindən sonra məhz Azərbaycan sülh carçısı kimi çıxış edirdi.
Rəsmi Bakının qətiyyətli duruşu, məhz erməni tərəfində revanşist qüvvələrin belini qırmaq rolunu oynadı.
Fikrimcə, biz buna qismən nail ola bilmişik. Qazaxın anklav olmayan 4 kəndinin qaytarılmasını əlamətdar hadisə kimi göstərmək olar, ona görə ki, ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin demorkasiyası ilə bağlı razılıq əldə olundu.
Bir tərəfdən bu kəndlərin coğrafi mövqeyi İcevandan Gürcüstana gedən yolun üzərində yerləşir. O deməkdir ki, biz bu yolada fiziki olaraq nəzarəti ələ keçirəcəyik. Düşünürəm ki, proseslər artıq başlayıb yaxın zamanlarda erməni qoşunları kəndləri boşaldıb sərhədçilərimizə təhvil verəcəklər.
Eksklav olan 3 kəndə (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) qaldıqda isə onların taleyi barədə də rəsmi Bakıda artıq fikirlər var. Çünki bizim kimi onlarında bizdə ekslavları var.
Mənim yanaşmama əsasən, qalib və diqtə edən tərəf olaraq Azərbaycan tərəfi illərlə müharibənin dövlətimizə və xalqımıza vurduğu maddi və mənəvi təzminatın kiçik bir qismi kimi bizim eksvlav kəndlərimizi almaqla yanaşı, erməni tərəfinin eksklavını qaytarmayacaq.
Elgün Rüstəmlilər
Siyasi şərhçi
Onews.az üçün...