"Qazaxın 4 kəndinin işğaldan azad olunması ilə bağlı razılıq əldə olundu. Həmin kəndlər anklav olmadığı, bilavasitə Qazax rayonunun inzibati ərazisinə bitişik olduğu üçün qeyd-şərtsiz qaytarılmalı idi. Ancaq, digər 3 kənd anklav kəndlərdir. Onların gələcək taleyinə, delimitasiya və demarkasiya komissiyasında müzakirələrdən sonra aydınlıq gətiriləcəkdir. Əsas məsələ odur ki, delimitasiya hansı xəritələr üzərində aparılacaq".Bunu
Onews.az-a açıqlamasında Milli Məclisin deputatı
Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, müştərək komissiyanın birgə rəyi olduğu halda, həmin kəndlərin Qazax rayonuna birləşdirilməsi və yaxud hansısa kommunikasiya yaradılması asan məsələdir:
"Hətta, həmin kəndlər birləşdirilməsə belə, digər uyğun ərazi ilə barter edilə bilər. Əsası, qarşılıqlı razılıqdır. Beynəlxalq praktikada belə təcrübələr çoxdur".
Turan