"Birmənalı olaraq vurğulanmalıdır ki, işğalçı Ermənistanın otuz il işğal altında saxladığı 8 kənddən 4-nün Azərbaycana qaytarılması diplomatiyamızın növbəti uğurudur. Bu o deməkdir ki, İrəvan öz istəyi ilə deyil, rəsmi Bakının diplomatik masadakı təzyiqlərinə tab gətirə bilmədiyi üçün Qazaxın kəndlərini qaytarmağa məcbur oldu".
Bunu
Onews.az-a açıqlamasında Milli Məclisin keçmiş deputatı, politoloq
Sona Əliyeva deyib.
Keçmiş deputatın sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı nizamlanma prosesinin təbii axarla müsbət sonluğa doğru hərəkəti gələcək perioda İrəvandan asılı olacaq:
"Ermənistan indi Azərbaycanın tələblərinə əməl edir. Başqa çıxış yolu yoxdur. Viran qoyduğu kəndlərimizi geri qaytardı. Özü də söhbət anklav olmayan kəndlərdən gedir. Düşünürəm ki, bu addım tərəflər arasındakı etimad amilinə əlavə xoş çalarlar qatacaq. Amma Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını İrəvandan daha çox onun Avropadakı havadarları istəyir. Təbii ki, sülh sazişinin imzalanması bizim də maraqlarımıza tam şəkildə uyğundur. Düşünürəm ki, ilin sonuna qədər sülh sazişi ilə bağlı müəyyən çərçivə sənədləri imzalana bilər. Amma iki ölkə arasındakı yekun sülh sazişinin imzalanması müəyyən qədər vaxt aparacaq. Çünki Ermənistanın hazırkı rəhbərliyi öz xalqını bu prosesə hazırlamalıdır. Baş verən proseslər onu göstərir ki, uzun illər hərbi xunta rejiminin buxovu altında olan xalq Azərbaycana qarşı nifrət hissi ilə tərbiyələndirilib. İstənilən halda, 4 kəndin işğaldan qarşılıqlı razılaşma əsasında azad edilməsi bundanda sonrakı nizamlama prosesinə müsbət töhfələr verəcək".
Fuad