• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Bakı ilk dəfə açıqladı: İrəvanın "düyün"ü çözüləcəkmi?

Siyasət

10-01-2025, 13:00
Bakı ilk dəfə açıqladı: İrəvanın "düyün"ü çözüləcəkmi?

Əliyev Kiselyova müsahibəsində Ermənistanla sülh sazişi sənədinin 17 maddəsinin 15-nin razılaşdırıldığını, ikisinin razılaşdırılmadığını bildirib. Bu, sülh sazişində razılaşdırılan və razılaşdırılmayan maddələrlə bağlı Bakıdan ilk rəsmi açıqlamadır.

İndiyə qədər Ermənistan mütəmadi olaraq bu haqda danışırdı, lakin Paşinyan da daxil olmaqla erməni rəsmilər “razılaşdırılmayan maddələrin” nələri ehtiva etdiyini gizlədirdi. Əliyev isə bütün detalları açıqladı və iki maddənin nədən ibarət olduğu aydın oldu:

- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası;
- Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılması;

Kazan görüşündə tərəflər hər iki maddə üzrə razılaşa biləcəklərini nümayiş etdiriblər.

Birinci maddə - beynəlxalq iddialardan imtina məsələsində razılaşma mümkün görünür, çünki İrəvan razılaşmasa, Azərbaycana vurulan zərərin – təqribən 150 milyard dollar – ödənilməsi reallığı ilə üzləşə bilər. Əliyev bununla bağlı xəbərdarlıq mesajı göndərdi.

İkinci maddənin – Aİ-nin müşahidəçilərinin bölgədən çıxarılmasının Cənubi Qafqazda güc balansını tamamilə dəyişə biləcək amil olduğunu nəzərə alsaq, bu məsələdə razılaşma asan görünmür.

Azərbaycanın da iştirakı ilə əldə olunan ilk razılaşmaya görə, müşahidəçilərin bölgədəki missiyası iki ay müddətində nəzərdə tutulsa da, sonrada bu müddət uzadıldı və say tərkibi artırıldı. “Müşahidəçi” adı altında 1500 nümayəndənin olduğu haqda məlumatlar var və iştirakçı ölkələrə baxdıqda, xüsusilə Aİ üzvü olmayan Kanadanın timsalında, Əliyevin də dediyi kimi, sərhədimizdə NATO missiyasının fəaliyyət göstərdiyini demək mümkündür. Bakı İrəvandan bu missiyaya son qoyulmasını tələb edir. Lakin bunun tamamilə İrəvanın iradəsindən asılı olduğunu demək çətindir.

Aİ-nin müşahidə missiyası gələn ilin fevralında başa çatır. Brüssel müddətin uzadılmasında maraqlıdır, 2025-ci ildə Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti Andjey Dudanın Arazdəyənə səfəri, Fransa başda olmaqla Avropa ölkələrinin İrəvandakı səfirlərinin sərhəddə müşahidəçilərlə intensiv görüşü də bundan qaynaqlanır. İstisna deyil ki, missiyanın uzadılması məsələsi tezliklə Aİ-də müzakirəyə çıxarılacaq və yekdil qərarın qəbul edilməsinə çalışacaqlar. Çünki Aİ müşahidəçiləri Qərbin Cənubi Qafqazda mövcudluğunun əsas platformalarından biridir. Gürcüstanda “Gürcü arzusu”nun qələbəsi və Avropanın əsas ümidi olan Zurabişvilinin yerinə yeni prezidentin seçilməsindən sonra Ermənistan və bu ölkədəki Aİ missiyasının Qərb üçün əhəmiyyəti daha da artıb.

Bakının missiyanın çıxarılması istiqamətində iki gedişi qalır:

1. Macarıstan üzərindən Aİ-də yekdil qərarın çıxarılmasının qarşısını almaq: missiyanın müddətinin uzadılması ittifaqın 27 üzv dövlətinin yekdil qərarından asılıdır, hərçənd, nəticənin əldə edilməsi asan görünmür;
2. Ermənistan qarşısında şərt kimi irəli sürmək. Ki, Bakının iki tələbindən biri budur və İrəvan bunu etmədiyi müddətdə sülhün imzalanması da üfüqdə uzaqlaşır;

Hərçənd, hər şey bununla da bitmir. Bakının daha iki tələbi var.

- Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyanın dəyişdirilməsidir;
- ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğv edilməsi üçün Ermənistanın Azərbaycanla eyni mövqedən çıxış etməlidir;

Ermənistan Minsk qrupu məsələsində razılaşa bilər, lakin bundan hələki danışıqlarda “əlini gücləndirmək” üçün kart kimi istifadə edəcəyi görünür. Konstitusiyanın dəyişdirilməsi isə qarşıdakı iki ildə nəzərdə tutulur.

Nəticə: Bakının tələbləri qəbul edilmədiyi müddətdə İrəvanla yekun sülh uzaqdadır.

Asif Nərimanlı
Siyasi şərhçi
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

17-10-2024, 11:16

Paşinyan Bakıya “tələsirəm” mesajı verdi: Razılaşdırılmayan 3 maddə hansıdır?

Siyasət

22-10-2024, 11:10

60 konqresmenin sanksiya ehtirası: Vaşinqton Bakıdan indi nə istəyir?

Siyasət

25-07-2024, 21:00

Paşinyan Bakıya gəlir? - DETALLAR

Siyasət

19-09-2024, 14:05

Ermənistan Əliyevin bu təklifi ilə razılaşmasa… – 1998-ci il nümunəsi gündəmdə

Siyasət

28-06-2024, 12:34

İrəvandan Bakıya əks-həmlə: Siz də dəyişdirin...

Siyasət

7-06-2024, 16:12

Xocalı canisinin məhkəməsi BAŞLADI

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 10-10-2026, 17:25
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 10-10-2026, 16:55
    Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi yeni imkanlar yaradır
  • 10-10-2026, 16:50
    Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dostluq və həmrəylik əlaqələri möhkəmlənir
  • 10-10-2026, 16:28
    Azərbaycanın yeni inkişaf mərhələsi: strateji hədəflər və milli prioritetlər
  • 10-10-2026, 16:22
    Mərkəzi Asiya ilə əlaqələr Azərbaycanın geosiyasi imkanlarını genişləndirir
  • 10-10-2026, 16:06
    Azərbaycanın yeni inkişaf mərhələsi: strateji hədəflər və milli prioritetlər
  • 10-10-2026, 16:03
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni mərhələdə siyasi, iqtisadi və strateji hədəfləri
  • 9-10-2026, 13:06
    YAP Nərimanov rayon təşkilatı Prezident İlham Əliyevin VIII Qurultayda irəli sürdüyü məsələlərlə bağlı müşavirə keçirib
  • 9-10-2026, 13:05
    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı ilə bağlı
  • 9-10-2026, 10:28
    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı ilə bağlı
  • 9-10-2026, 10:23
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni mərhələdə siyasi, iqtisadi və strateji hədəfləri
  • 8-10-2026, 14:02
    VIII Qurultayda Prezident İlham Əliyevin çıxışında əks olunan siyasi baxışları: Yeni mərhələnin çağırışları və qarşıdakı hədəflər
  • 7-10-2026, 16:40
    Zəfərdən Sonra Başlayan Yeni Mərhələ: YAP-ın VIII Qurultayının Tarixi Siyasi Mesajları
  • 6-10-2026, 16:38
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni mərhələdə siyasi, iqtisadi və strateji hədəfləri
  • 6-10-2026, 16:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: yeni mərhələnin əsas istiqamətləri
  • 6-10-2026, 16:11
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: yeni mərhələnin əsas istiqamətləri
  • 6-10-2026, 16:05
    2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib.
  • 6-10-2026, 16:03
    4 Oktyabr – Cəbrayıl şəhəri günü
  • 5-10-2026, 16:38
    YAP-ın VIII Qurultayı – yeni mərhələnin prioritetləri
  • 5-10-2026, 16:28
    Dövlətçilik və milli həmrəyliyin yeni inkişaf mərhələsi
  • 5-10-2026, 15:26
    YAP-ın VIII Qurultayı: tarixi irsdən müasir çağırışlara doğru
  • 5-10-2026, 15:14
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni siyasi mərhələsinin mühüm hadisəsi
  • 5-10-2026, 14:59
    YAP-ın VIII Qurultayı Azərbaycanın strateji prioritetlərini ön plana çıxarır
  • 5-10-2026, 14:49
    Müstəqilliyin möhkəmləndirilməsi yolunda yeni siyasi mərhələ
  • 4-10-2026, 19:39
    4 Oktyabr – Cəbrayıl şəhəri günü
  • 4-10-2026, 15:04
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:29
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:26
    4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:25
    27 Sentyabr – Anım Günü
  • 1-10-2026, 15:57
    Cəbrayılın azadlığı: Zəfərdən Böyük Qayıdışa uzanan yol
  • 1-10-2026, 15:47
    4 Oktyabr – Cəbrayıl Şəhəri Günü
  • 1-10-2026, 15:09
    Cəbrayılın yeni həyatı – Zəfərdən quruculuğa uzanan yol
  • 1-10-2026, 14:47
    Cəbrayıl – tarixi yaddaşdan Böyük Qayıdışa
  • 1-10-2026, 14:37
    Cəbrayılın azadlığı – Zəfər tariximizin parlaq səhifəsi
  • 1-10-2026, 14:13
    Cəbrayılın Zəfər günü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə