• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

60 konqresmenin sanksiya ehtirası: Vaşinqton Bakıdan indi nə istəyir?

Siyasət

22-10-2024, 11:10


60-a yaxın amerikalı konqresmen və senator ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət edib.

Azərbaycanda müzakirəyə səbəb olan (xüsusilə dəstəkləyənlərin olması) bu müraciətin mətninə və təşəbbüskarlarının kimliyinə baxmaq lazımdır. Müraciətdə:

- “Birləşmiş Ştatlar rəhbərliyinə bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 tədbirinə qədər Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırış edilir”;
- “Azərbaycan ötən il Qarabağı “blokadada saxlamaq”da, “etnik təmizləmədə” ittiham edilir və ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıtmaq hüququnun təmin edilməsinin vacibliyi vurğulanır”.
- “Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə və “müharibə cinayətləri”ndə ittiham edirlər”;
- “ABŞ hökuməti regional nəqliyyatın açılmasında Ermənistanın “sülhü kəsişməsi” layihəsini dəstəkləməyə çağırırlar”;
- “COP-29 ərəfəsində bütün “siyasi məhbusların”, o cümlədən, “etnik erməni siyasi məhbusların” dərhal və qeyd-şərtsiz azad edilməsi üçün rəsmi Bakıya təzyiqlərin edilməsini istəyirlər” və s.

60 amerikalı qanunvericinin imza atdığı müraciətin iki təşəbüskarı – konqresmen Frank Pallone və senator Edvard Marki - var.
Frank Pallone Konqresdə “Erməni məsələləri üzrə qrupun” həmsədridir, ötən il Qarabağda separatçılara qarşı anti-terror tədbirləri keçirilməsindən sonra “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını hazırlayıb. Pollene 2017-ci ildə Qarabağa qanunsuz səfərinə görə Azərbaycanın “qaraya siyahı”sına salınıb. Edvard Marki sentyabrın 3-də Bostonda erməni icmasının üzvləri ilə görüş keçirib. Görüşdə “Qarabağa hücuma görə Azərbaycan rəsmilərinin məsuliyyətə cəlb edilməsini, “Qarabağ qaçqınlarına” humanitar dəstəyi” müzakirə edilib. O cümlədən, COP-29 tədbiri ərəfəsində “etnik erməni siyasi məhbusların azad edilməsi üçün” (separatçılar) Bakıya təzyiqlərin edilməsi istiqamətində atılacaq addımlardan bəhs olunub.
Müraciətin təşəbbüskarları və mətni hər şeyi ifadə edir.

- Erməni diasporu/lobbisi “ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıtmaq hüququ” dedikdə Azərbaycan ərazisində separatizm yuvasının yenidən bərpa edilməsini nəzərdə tutur;

- “Azərbaycan Ermənistan ərazisini işğal edib” dedikdə 44 günlük müharibədən sonra ordumuzun sərhəddə nəzarəti bərpa etdiyi strateji yüksəkliklərdən geri çəkilməsi üçün təzyiqin edilməsi planlaşdırılır;

- Ermənistanın “sülhün kəsişməsi” layihəsinin dəstəklənməsi Zəngəzur dəhlizi layihəsinin icrasına imkan verməməkdir;
- “Etnik erməni siyasi məhbuslar” Bakıda həbsdə olan separatçılardır: Azərbaycanı Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərlərini sərbəst buraxmağa məcbur etmək istəyirlər;

Ermənilərin COP-29 ərəfəsində separatçıların azad edilməsi məqsədilə Azərbaycana qarşı kampaniyaya başlayacaqlarının anonsunu daha öncədən vermişdilər.

Burada əsas məqamalrdan biri Dövlət Departamentinin prosesin hansı hissəsində rol oynamasıdır. Çünki Prezident İlham Əliyev Cəbrayılda çıxışı zamanı bildirdi ki, “bu müraciət ABŞ Dövlət Departamentində yazılır və özləri özlərinə məktub ünvanlayırlar”.

Vaşinqtonun regional planları fonunda belə müaciətlərdə maraqlı olduğu görünür. ABŞ-ın Cənubi Qafqazda mövqelərini gücləndirmək, xüsusilə Orta dəhlizi nəzarətə götürmək planı sirr deyil. Bu planda Bakıdan iki mümkün istəkləri var.

Birincisi, Zəngəzur dəhlizindən imtina və Paşinyanın təqdim etdiyi “sülhün kəsişməsi” layihəsinin qəbul edilməsidir: bu, Ermənistanın nəqliyyat dəhlizlərində ciddi pay qazanmasını təmin edəcək və mövqelərini gücləndirəcək, Azərbaycanın mövqelərini zəiflədəcək amildir.

İkincisi, COP-29-a qədər Paşinyanın istədiyi kimi, sülh sazişi layihəsində razılaşdırılmamış maddələri kənara qoymaq və razılaşdırılan maddələr üzrə müqavilənin imzalanmasıdır. ABŞ bununla “sülhə” nail olmaq və bölgədəki planlarını həyata keçirməyə çalışır.

İstisna deyil ki, Dövlət Departamenti “qanunvericilər bizdən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edir” görüntüsü yaradaraq, bundan öz tələblərinin qəbulu üçün Bakıya təzyiq rıçağı kimi istifadə etməyə çalışır.

Asif Nərimanlı
Siyasi təhlilçi
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

19-09-2024, 13:13

XİN-dən Ermənistana sillə kimi CAVAB

Siyasət

6-08-2024, 13:10

İran-ABŞ gərginliyi necə bitəcək?

Gündəm

30-09-2026, 15:52

3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...

Siyasət

25-07-2024, 21:00

Paşinyan Bakıya gəlir? - DETALLAR

Gündəm

28-05-2024, 10:11

Blinken Azərbaycanı alqışladı

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 30-10-2026, 15:33
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 29-10-2026, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
  • 29-10-2026, 14:06
    Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir
  • 29-10-2026, 14:03
    Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası
  • 29-10-2026, 14:01
    Ortaq gələcək naminə dialoq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı:
  • 28-10-2026, 15:01
    Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir
  • 21-10-2026, 22:24
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 21-10-2026, 22:23
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 21-10-2026, 16:20
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi
  • 21-10-2026, 16:12
    ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU
  • 21-10-2026, 15:41
    25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi
  • 21-10-2026, 15:33
    Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi
  • 21-10-2026, 15:26
    25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi
  • 21-10-2026, 15:24
    27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
  • 21-10-2026, 15:22
    Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi
  • 21-10-2026, 15:17
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı
  • 21-10-2026, 15:14
    25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi
  • 21-10-2026, 14:53
    Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir
  • 21-10-2026, 14:47
    Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür
  • 20-10-2026, 17:04
    27 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür
  • 20-10-2026, 16:37
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi yaddaşdan gələcəyə uzanan yol
  • 20-10-2026, 16:31
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərini əks etdirir
  • 20-10-2026, 16:27
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 20-10-2026, 16:24
    prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri
  • 20-10-2026, 16:11
    AQEM-in Bakı Zirvə Görüşü: Regional təhlükəsizlik və beynəlxalq hüququn əhəmiyyəti
  • 20-10-2026, 16:07
    Zəngilanın dirçəlişi – Böyük Qayıdışın və milli həmrəyliyin təcəssümü
  • 20-10-2026, 14:37
    Qayıdışın, qürurun və dirçəlişin ünvanı
  • 20-10-2026, 14:32
    ZƏNGİLAN: QƏHRƏMANLIQ TARİXİNDƏN İNKIŞAF ÜFÜQLƏRİNƏ
  • 20-10-2026, 14:29
    Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış
  • 19-10-2026, 15:48
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın beynəlxalq əməkdaşlıq və sülh təşəbbüsləri
  • 19-10-2026, 15:36
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa
  • 19-10-2026, 15:33
    20 oktyabr Zəngilan şəhəri günü-quruculuq və tərəqqinin yeni mərhələsi
  • 19-10-2026, 15:31
    Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı: regional əməkdaşlıq, təhlükəsizlik və Azərbaycanın beynəlxalq rolu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə