Böyük Britaniya Ukraynaya 30 min pilotsuz uçuş aparatı göndərəcək.
Onews.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.
Britaniya və Latviyanın birgə müəssisəsi tərəfindən istehsal edilən pilotsuz təyyarələr üzrə müqavilənin dəyəri 45 milyon funt-sterlinqdir.
Layihə Danimarka, Niderland, Latviya, İsveç və Böyük Britaniya hökumətləri tərəfindən maliyyələşdiriləcək.
Ukraynaya hərbi dəstək vermək üçün yaradılmış fond əlavə olaraq 73 milyon funt-sterlinq toplayıb.
Rauf