Azərbaycanın 7 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının üçüncü günündə mübarizə aparacaq.
Onews.az xəbər verir ki, bu gün həmçinin qadın güləşçilər yarışa qoşulacaqlar.
İlk olaraq Şahanə Nəzərova (50 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (59 kq) xalça üzərinə çıxacaq. Daha sonra Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal üçün güləşəcək. Ruslan Nurullayev bürünc (72 kq) uğrunda, Murad Əhmədiyev (97 kq) isə təsəlliverici görüşdə gücünü sınayacaq.
Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.
Rauf