AFFA İntizam Komitəsi “Neftçi” ilə yolları ayrılan baş məşqçi Miodraq Bojoviçi cəzalandırıb, klubu isə cərimələyib.
Onews.az PFL-in saytına istinadən xəbər verir ki, buna Bojoviçin Premyer Liqanın sonuncu turunda hakimləri təhqir etməsi səbəb olub.
Birbaşa qırmızı vərəqə alan mütəxəssis 5 oyun cəzalanıb, “Neftçi” isə 4000 manat cərimə edilib.
Qeyd edək ki, “Neftçi” mayın 26-sı Bojoviçlə yolları ayırıb.
Fuad