2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 407.5 milyon manat xalis mənfəət əldə edib.
Onews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18% çoxdur. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 345.2 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların əməliyyat mənfəəti isə 14% artaraq 585 milyon manata bərabər olub.
2024-cü ilin 4 ayında banklar tərəfindən 89.9 mln. manat məbləğində mənfəət vergisi ödənilib.
Fuad