Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.
Onews.az məlumatına görə, ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Vüqar Ağayev gətirilib.
Qeyd edək ki, V. Ağayev 1980-ci ildə anadan olub. O bu vəzifəyə təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.