Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ermənilərinin Patriarxı Sahak Maşalyana “1915 il hadisələri” ilə bağlı müraciət ünvanlayıb.
Onews.az-ın verdiyi xəbərə görə, mesajda bunlar deyilir:
“Bu gün mən Birinci Dünya Müharibəsinin ağır şərtlərində həyatını itirmiş Osmanlı İmperiyasının erməni vətəndaşlarını bir daha ehtiramla yad edir, onların nəvələrinə başsağlığı verirəm. Qarşıdurmalar, üsyanlar, dəstə hərəkatları və terror aktları nəticəsində ölən və ya şəhid olan bütün Osmanlı cəmiyyətinin üzvlərinə Allahdan rəhmət diləyirəm. Birinci Dünya Müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntılar yaddaşlarımızda dərin izlər buraxmışdır. Əcdadlarımızdan miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız bizim birgə səylərimizlə mümkündür”.