Fransada Milli Assambleyaya növbədənkənar seçkilərin birinci turu başlayıb.
Onews.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat səkkizdə açılıb.
Bildirilib ki, müxtəlif yerlərdə səsvermənin bitmə vaxtı fərqli ola bilər, lakin böyük şəhərlərdə saat 20:00-a qədər səs vermək mümkün olacaq.
Yekun nəticələr iyulun 7-də keçiriləcək ikinci turdan sonra məlum olacaq.