Azərbaycan Xalq Cümhuriyyətinin aparıcı fədailərindən və mühacirlərindən olan Məmmədsadıq Aranın məqalələrinin, çıxışlarının və xatirələrinin yer aldığı "Mücahid ömrü" kitabı işıq üzü görüb.
Onews.az-ın əməkdaşının verdiyi xəbərə görə, kitabı nəşrə Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud hazırlayıb.
518 səhifəlik "Mücahid Ömrü" kitabının elmi redaktoru araşdırmaçı Dilqəm Əhməddir.
Məmmədsadıq Aranın ağrı-acılı həyatından bəhs edən kitabın elmi məsləhətçisi Ədalət Tahirzadədir.
"Mühacir ömrü"ndə Məmmədsadıq Aranın iki kitabı da yer alıb.
Banu Murad