“Əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxsa, Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər”.
Onews.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi
İmanqali Tasmaqambetov deyib.
O bildirib ki, əgər yuxarıda qeyd olunan məqam baş tutarsa, regional təhlükəsizlik amillərini proqnozlaşdırmaq kifayət qədər çətin olacaq:
“Ermənistanın KTMT ilə qarşıdurması ehtimalından danışarkən - ümid edirəm ki, bu, fərziyyədən başqa bir şey deyil - tərəflərin resurs bazasını və real imkanlarını nəzərə almaq lazımdır, buna görə də məsələ hazırda son dərəcə aktual kimi təsnif edilə bilməz və ciddi təhlil tələb edir. Biz bu cür düşünürük".
Elgiz